Qadin.NET / Gələn il hərbi gücümüz artacaq

Gələn il hərbi gücümüz artacaq

Gələn il hərbi gücümüz artacaq
Gələn ilin büdcə xərclərində 22,9 faiz azalma nəzərdə tutulsa da, bəzi xərclər önəmli dərəcədə artıb. 
ANS PRESS-in məlumatına görə, artımlar Milli Məclisin son plenar iclasında təsdiq edilmiş “2016-cı ilin dövlət büdcəsi haqqında” qanunda yer alır. 
Qanuna görə, 2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat nəzərdə tutulur ki, bu, ümumi daxili məhsulun (ÜDM) 25,2 faizinə bərabərdir. Büdcə gəlirləri 2015-ci ilin proqnoz göstəricisindən 25,1 faiz azdır. 16 milyard 264 milyon manat nəzərdə tutulan büdcə xərcləri isə 2015-ci ilin proqnoz göstəricisindən 22,9 faiz azdır. 

Mənbə: ANS PRESS

21 oktyabr 2015
GO BACK