Qadin.NET / Ordudan istifadə olunacaq

Ordudan istifadə olunacaq

 

Ordudan istifadə olunacaq

Sloveniya hökuməti orduya sərhədin qorunmasında polisə kömək etmək hüququ verən qanun təklif edib. 
ANS PRESS-in məlumatına görə, ötən gün təklif olunmuş qanunun oktyabrın 2-də axşam saatlarında parlamentdə qəbul olunacağı gözlənir.
Bu arada minlərlə miqrant Xorvatiyadan Sloveniyaya keçib. Sloveniya bir gün öncə Xorvatiyadan gələn mindən çox miqrantı qəbul etməyib, gündəlik kvotanın dolduğunu bildirib. Xorvatiya şimal qonşusundan gündə 5 min miqrantı qəbul etməyi istəyib. Ancaq Sloveniya yalnız onun yarısını götürə biləcəyini bildirib. Beləliklə, Xorvatiya-Sloveniya sərhədində miqrantlar toplaşıb.On minlərlə miqrant Suriya, Əfqanıstan və İraqdakı zorakılıqdan qaçır. Onlar əsasən Balkanlardan keçərək Qərbi Avropaya üz tutur. Xorvatiya ilə sərhədlərini bağlayandan sonra miqrantlar Xorvatiya-Sloveniya sərhədində görünməyə başlayıblar. Bu barədə Sloveniya polisi xəbər verib. Bu gün miqrantlarla dolu bir neçə avtobus sərhəddə yaxınlaşıb. Sloveniya rəsmiləri bildirib ki, Balkanlardan Qərbi Avropaya miqrant axını azalıb. Macarıstan Avropaya miqrant axının qarşısını almaq üçün Xorvatiya ilə sərhədini bağlayıb. Oktyabrın 16-da Avropa Birliyi və Türkiyə Brüsseldə keçirilən sammitdə miqrant axının qarşısını alan ilkin planla bağlı razılığa gəliblər. Planda 2,5 milyon qaçqının qəbulu üçün Türkiyəyə maliyyə və digər yardımlar gözdən keçirilib.

 

Mənbə: ANS PRESS

21 oktyabr 2015
GO BACK