Qadin.NET / Bakıda maşınların orta hərəkət sürəti artıb

Bakıda maşınların orta hərəkət sürəti artıb

Bakıda maşınların orta hərəkət sürəti artıb
Paytaxtın əsas küçə və prospektlərində orta hərəkət sürəti artıb.
ANS TV-nin məlumatına görə, Bakı şəhərinin əsas küçə və prospektlərində cari ilin sentyabr ayında keçən illə müqayisədə nəqliyyat vasitələrinin orta hərəkət sürətində artım müşahidə olunub. 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunan yol kəsişmələrində işıqforlara yeni vaxt planlarının tətbiq olunması və Ziya Bünyadov prospektinin tam istifadəyə verilməsi orta hərəkət sürətini artırıb.
Həmçinin geriyə dönmə əmrlərinin icrası, dairəyə girmədən geriyə dönmənin təşkili və bu kimi digər təkliflər Bakı şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin orta hərəkət sürətini artırıb.
Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızının sözlərinə görə, keçən illə bu ilin orta hərəkət sürəti arasında kifayət qədər fərq var: 
“Nəzərə alsaq ki, il ərzində ölkəyə çoxlu sayda avtomobil gətirilir. Hazırda statistik məlumatlara istinad etsək görərik ki, ötən il ölkəyə 22915 avtomobil gətirilib”.
Bununlada Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi, Rəşid Behbudov küçəsi, Tiblisi prospekti və digər 10 böyük küçə və prospektlərdə orta hərəkət sürəti artıb.

Mənbə: ANS PRESS

20 oktyabr 2015
GO BACK