Qadin.NET / Diqqət! Ən soyuq qış gəlir

Diqqət! Ən soyuq qış gəlir

Diqqət! Ən soyuq qış gəlir
Dünya son 10 ilin ən soyuq qışını gözləyir. ANS PRESS-in xəbərina görə, bu barədə ABŞ Milli Okean və Atmosfer Agentliyi (NOAA) məlumat yayıb. Qurumun okean sularına baxaraq apardığı müşahidələr nəticəsində axırıncı dəfə 1997 – 98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcək. İntensiv qar, qasırğa, sel, torpaq sürüşməsi və quraqlığa səbəb olan “El Nino” bu qış dünyanın qütblərində pik həddə çatacaq. Xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir. Digər tərtəfdən okean sularında temperaturun çoxalması ilə “El Nino”nun qütblərdəki bəzi buzalaqları əritdiyi, əriyən buzların küləyin də təsiri ilə dünyanın müxtəlif yerlərində sel və s. bu kimi təbii fəlakətlər yarada biləcəyi proqnozlaşdırılır. 
İngiltərənin meteorologiya mütəxəssisləri bu il ABŞ və Avropanın şimalında güclü soyuqlar olacağını bildirir. ABŞ ilə Avropanın cənubu və Aralıq dənizi hövzəsində isə ilıq; amma fırtına, qasırğa, sel kimi təbii fəlakətlərin daha intensiv olacağı, həmçinin rütubətli qış olacağı gözlənilir. “Super El Nino” son 30 ildə 1982 və 1997-ci illər olmaq üzrə 2 dəfə öz effektini göstərib. 

Mənbə: ANS PRESS

20 oktyabr 2015
GO BACK