Qadin.NET / İpoteka şərtləri dəyişir

İpoteka şərtləri dəyişir

İpoteka şərtləri dəyişir
İpoteka sənədlərinin azaldılması kreditorların sayını artıra bilər.
ANS TV-nin məlumatına görə, ipoteka kreditinin əldə edilməsi zamanı ən ağır prosses sənədlərin toplanması hesab edilir. Müxtəlif rəsmi qurumlar tərəfindən 18 sənəd toplanmalıdır.
Kreditin alınması üçün 7, rəsmiləşdirilməsi üçün 4, rəsmiləşdirmədən sonrakı mərhələ üçün 4, borcalan fərdi sahibkar olduqda 2, güzəştli kateqoriyaya aid olduqda isə 1 sənəd təqdim edilməlidir. Bütün bu proses mərhələli şəkildə həyata keçirilir. Tələb olunan sənədlərdən hər hansı biri olmadıqda kreditin alınması mümkün deyil. 
İqtisadçı Vüqar Bayramov bildirdi ki, Mərkəzi Bank tərəfindən bu ilin martında ipoteka sənədlərinin az olması üçün “elektron ipoteka proqramı” tətbiq edildi. Lakin sənədlərdə ciddi azalma müşahidə edilmədi: 
“Hələ də vətəndaşlar ipoteka krediti almaq üçün kifayət qədər sənəd təqdim etmək məcburiyyətində qalırlar. Sənədlərin yığılması vaxt tələb edir, pul tələb edir. Bu bəzi hallarda ipoteka almaq istəyən vətəndaşın gözünü qorxudur. Bu baxımdan elektronlaşmanın genişləndirilməsinə ehtiyac var.” 
Eyni zamanda bir sıra sənədlər var ki, onların elektron variantı mövcud olduğu üçün tələb olunmasına ehtiyac yoxdu. Məsələn şəxsiyyət vəsiqəsinin notariusda təsdiqi, iş yerindən arayışa praktiki olaraq ehtiyac yoxdu. Çünki sosial ödənişlər, hər bir vətəndaşın məlumatı elektronlaşıb. 
Ölkə xaricində daşınmaz əmlaka sahib olmaq üçün isə daha az sənədlər tələb olunur.Almaniyada ipoteka ilə mənzil alınması üçün gəlirlər haqqında arayış, xarici pasport, alqı-satqı müqaviləsi və kreditorun ödəmə qabiliyyətini təsdiq edən bank hesabından çıxarış kifayət edir. 
Türkiyə kredit şərtlərinə gəlincə isə ipoteka üçün gəliri təsdiq edən sənəd, pasportun tərcüməsi və notariusda təsdiq olunmuş sürəti, həmçinin əmək kitabçasının bir nüsxəsi tələb olunur. 
Rusiyada isə bu ilin ilk 9 ayında banklar tərəfindən vətəndaşlara 8 milyard dollara yaxın ipotek krediti verilib ki bu da keçən ilin eyni dönəmiylə müqayisədə 40 faiz azalma deməkdir. 
Vətəndaşlara verilən ipotek kreditlərinin azalmasına baxmayaraq, vaxtında ödənilməyən ipotek borcları isə keçən illə müqayisədə 8 faiz artıb. Vaxtında ödənilməyən borcların adam başına 20 min dolları keçməsi isə bankaları ipotek krediti verərkən daha diqqətli olmağa və yüksək gəlirli vətəndaşlara üstünlük verməyə məcbur edir. 
Buna baxmayaraq Ruisyada ipotek kreditlərinin faiz həddi də gettikcə azalır. Bu rəqəm indi 11-13 faiz arasında dəyişir. Amma ölkədəki iatisadi böhran vətəndaşların çoxunu bu şərtlərdə kredit götürməkdən çəkindirir. 
Rusiya hökuməti isə ipoteka kreditini təşvik etmək məqsədiylə kreditin sənədləşdirilməsi müddətini 2020-ci ilədək bir aydan 1 həftəyə qədər düşürülməsini məqsəd qoyub. Bu plana görə 2017-ci ildə ipotek krediti götürənlərin 921 minə və 2020-ci ildə isə 1 milyon 100 min nəfərə çıxarılması nəzərdə tutulub. 
Amerika Birləşmiş Ştatlarında ipoteka krediti almaq nə çətin, nə də asan deyil. İlk olaraq bu ölkədə ipoteka hər kəsin gəlir mənbəyinə uyğun olaraq müəyyənləşir. Birləşmiş Ştatların yaşam tərzinin fərqliliyi həm də ondan ibarətdir ki, insanın doğuluşundan tutmuş, yaşamı və ölümünədək onu izləyən sistemin olmasıdır. 
Yəni hər bir kəs dövlətdən aldığı vəsaiti geri qaytarmaqda məsuliyyətli olarsa bu onun sonradan böyük məbləğli kredit əldə etməsində də yardımçı olur. Hətta sistemə uyğun olaraq insanlar məsuliyyətinə görə qruplara da bölünür. 300, 700 və 800 bal qrupuna daxil olanlar. 
Virciniya ştatında evlərin tikintisi və təmirini həyata keçirən şirkətin rəhbəri Pənah İbrahimov deyir ki, kredit alana məbləği məhz bu bala görə verilir.
Amerika Birləşmiş Ştatları dünyanın ən inkişaf etmiş ölkəsi olmasına baxmayaraq burda evlərin qiymətləri Bakıdakından heç də baha deyil. Fərq yanlız ondadır ki, okeanın bu tayında insanlar daha çox fərdi evlərə, yəni bizim villa dediyimiz mülklərə üstünlük verir. Bunların qiyməti isə 400 min dollardan başlayır. 
Əsasən şəhər ətrafında bir çox evlər villardır. 400-500 min dollardan 10 milyon dollaradək. Təbi ki əgər binadan ev alırsınızsa bunların təxmini ödənişi 1500 dollar olur. 600 mindən yuxarı olan evlərin ödənişi isə 3 min dollar olur.
Nəzərə alsaq ki, ABŞ-da orta aylıq gəlir 6 min dollar təşkil edir, deməli bu qiymətlər amerika vətəndaşı üçün də o qədər baha deyil. Burda ən ucuz işçi qüvvəsi saat hesabı maaş alır. Bu işlər isə saatı 15 dollardan başlayır. Ən ucuz işçinin gündə 6 saatdan əməyini hesablasaq bu qiymət təxminən bir ayda 3,500 dollar edir. Hətta ucuz işçi qüvvəsi belə özünə ipoteka krediti alıb mənzilə sahib ola bilər. 
Tam krediti bitirdikdən sonra isə bakdan təmizlik sənədi alırsız və bu sənədə görə yaşadığın ərazinin icra orqanı mənzili sizin mülkiyyətinizə keçirir. Burada maraqlı bir məqam isə odur ki, əgər kredit sizdə olduğunuz müddətdə evlərin qiyməti bahalaşarsa bank sizə o fərqi ödəyir. Fərq yenə də sizə kredit formasında verlir. Lakin iqtisadi tənəzzül olarsa və evlərin qiyməti düşərsə bank vətəndaşa verdiyi kreditdən əlavə ödəniş istəmir.

Mənbə: ANS PRESS

20 oktyabr 2015
GO BACK