Qadin.NET / Qarabağla bağlı bədbin proqnoz

Qarabağla bağlı bədbin proqnoz

Qarabağla bağlı bədbin proqnoz
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutsa belə, heç bir nəticə əldə olunmayacaq.
ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. 
Metyu Brayza bildirib ki, görüşlərdə nəticələrin əldə olunmamasının səbəbi tərəflərin bir-birinə etibarının olmamasıdır. 
"Buna görə də görüşlər he, bir nəticə vermir. Ancaq tərəflər arasında etibar mütləq yaranmalıdır. Bu isə öz-özlüyündə mürəkkəb və uzunmüddətli prosesdir", - deyə Brayza bildirib.Metyu Brayza ATƏT -in Minsk qrupuna daxil olan ölkənin mümayəndəsidir. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanıb. 
İndiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi altında RusiyaFransa və ABŞ münaqişəni həll etməyə çalışırlar. Amma hələ ki, nəzərəçarpan heç bir nəticə yoxdur. 
Müvəffəqiyyətsiz sülh danışıqları fonunda ABŞ rəsmisindən belə bir açıqlamanın gəlməsinə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sabiq səfirin fikrinə ortaq olduğunu bildirdi. Elxan Şahinoğlunun fikrincə, nəticəsiz görüşlərin keçirilməsi yalnız Ermənistan tərəfinin xeyrinədir. 

Mənbə: ANS PRESS

20 oktyabr 2015
GO BACK