Qadin.NET / Gələn il pulsuz qalacağıq

Gələn il pulsuz qalacağıq

Gələn il pulsuz qalacağıq
Milli Məclisdə bu gün müzakirə olunan məsələlərdən biri də Vergi Məcəlləsinə dəyişikliklər edilməsi də daxildir. ANS PRESS-ini məlumatına görə, dəyişikliklər konkret olaraq olaraq gələn ilin dövlət büdcəsində vergi daxilolmalarının payının artırılması məqsədi ilə aparılır. 
Məsələn, dəyişikliklərdən biri kimi sadələşdirilmiş vergi dərəcəsinin indiki 4%-dən şəhərdə yerləşən ticarət obyektləri üçün 6%-ə, iaşə obyektləri üçünsə 8%-ə qaldırılması nəzərdə tutulur. 
Məsələ bundadır ki, gələn il ümumi büdcə gəlirlərində vergi gəlirlərinin payı 9 faizə qədər artıb. 2015-ci il budcəsinin proqnozlarına görə, vergi daxilolmaları büdcə gəlirlərinin 36 faizini təşkil edir. Yəni bu il 19,4 milyard manata bərabər büdcə gəlirlərinin yalnız 7,1 milyard manatının Vergilər Nazirliyinin xətti ilə təmin edilməsi nəzərdə tutulur. 
2016-ci il üçün təqdim edilən büdcə layihəsinə görə isə 14,6 milyard manata bərabər büdcə gəlirlərinin 6,6 milyard manatını Vergilər Nazirliyinin daxilolmaları təşkil etməlidir. Yəni büdcə gəlirlərində vergi daxilolmalarının payı 45 faizə bərabər olacaq. Sadələşdirmiş vergi dərəcəsinin qaldırılmasının nəzərdə tutulması təsadüfi deyil. Gələn il sadələşdirmiş vergi üzrə daxilolmaların 25 milyon manat (17,5 %) artırılması nəzərdə tutulur. Yəni bu vergi növü üzrə büdcə gəlirlərinin 145 milyon manatdan 170 milyon manata qədər qaldırılması proqnozlaşdırılır. 
Bundan başqa, yol vergisinin 20 milyon manat (40%), əmlak vergisinin 11,2 milyon manat (7,6%), torpaq vergisinin 2 milyon manat (4,2%) artırılması nəzərdə tutulur. Qalan vergi növləri üzrə isə daxilolmalar azalacaq ki, dövlət investisiyaların azalacağı təqdirdə bu, normal sayılır. Çünki ayrılan dövlət sərmayələrinin bir hissəsi vergi daxilolması kimi büdcəyə qayıdırdı. 
Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehdiyev sadələşdirmiş vergi üzrə dərəcələrin qaldırılmasına baxmayaraq, bu vergi növü üzrə də nəzərdə tutulan artıma nail olunacağına inanmır. “Sadələşdirilmiş vergi üzrə vergi ödəyiciləri əsasən məhəllə dükanları və kiçik yeməkxanalardır.
Onlar üçün vergi dərəcələrinin iki dəfəyə qədər artırılması ağır nəticələr verəcək və iş yerlərini bağlayacaqlar. Müştərilər isə supermarketlərə və fast-fud yeməkxanalarına üz tutucaqlar ki, onlar da sadələşdirilmiş vergi ödəyicisi deyil”,- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib. 

Mənbə: ANS PRESS

20 oktyabr 2015
GO BACK