ANS PRESS-in məlumatına görə, bu sözləri Xəzər dəniz elmi-tədqiqat mərkəzinin direktoru Sergey Monaxov deyib. Monaxovun sözlərinə görə, 6-7 il ərzində dənizin səviyyəsində 30-40 sm artım hiss oluncaq.
“Amma artımın hansı templə gedəcəyini deyə bilmərik. Proqnozlara görə, 21-ci əsr Xəzər dənizinin suyunun səviyyəsinin ən yüksək dövrü olacaq", -deyə alim bildirib.
Alim qeyd edib ki, Xəzər dənizinin suyunun artımında Volqa çayının da payı olacaq: "2017-ci ildə Volqa çayının suyunun həcmində ciddi dəyişiklik baş verəcək. Biz qorxuruq ki, Xəzər dənizi sahilində yerləşən Həştərxan şəhəri su altında qala bilər. Bütün bunlar atmosferdə baş verən dəyişikliklərdən aslıdır”- deyə S.Monaxov əlavə edib.
Amma Azərbaycan Coğrafiya İnistutunun direktoru Ramiz Məmmədov Xəzər dənizinin səviyyəsinin qalxması ilə bağlı tamam başqa fikirdədir. Direktorun sözlərinə görə, yaxın gələcəkdə Xəzər dənizinin səviyyəsində ekstrimal dəyişiklik olmayacaq.
“Volqa çayının suyunun artması barədə 2017-ci il üçün proqnozların düz çıxma dərəcəsi yarı-yarıyadır. Xəzər dənizinin suyunu çay suları və səthinə düşən yağıntı çoxaldır. Hazırda isə dənizdə çay sularının artması və yağıntıların çoxalması ilə bağlı bir təhlükə yoxdur. Sergey Monaxovun proqnozları tədqiqat xarakterlidir”.
Mənbə: ANS PRESS