Qadin.NET / Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Sabah Bakıda hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-14, gündüz 15-19 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

 

19 oktyabr 2015
GO BACK