Qadin.NET / Niyə depressiyaya düşürük?

Niyə depressiyaya düşürük?

 

Niyə depressiyaya düşürük?

Səbəbsiz yerə əhval-ruhiyyəm düşüb, heç nədən həzz ala bilmirəm, çox darıxıram, heç bir şey məni xoşbəxt etmir, günlərlə evdən çıxmaq istəmirəm, tamamilə tək qalmaq istəyirəm, telefon zənglərini belə, götürmək istəmirəm. Axı mən nədən bu duruma düşmüşəm. Mənə görəsən nə olub?

Milli.Az lent.az-a istinadən bildirir ki, bugünkü həyatımızda bu sualların cavabını tapa bilməyən çox insanlar var.
Depressiya: görəsən insanlar nə üçün bu xəstəliyə yaxalanırlar, bunun əsas səbəbləri nədir? Niyə bu xəstəliyin sayı gündən-günə artmaqdadır?
Hər şeydən öncə, depressiyanın beyin fəaliyyətlərinin pozulmasından qaynaqlanan bir xəstəlik olduğunu vurğulamaq gərəkdir. Necə ki, mədənin, qaraciyərin, böyrəyin xəstəlikləri varsa, beynin də xəstəlikləri vardır. Depressiya bunlardan ən önəmli xəstəlikdir.
Beyin duyğuları və düşüncələri idarə edən orqan olduğu üçün beyin xəstəliklərində duyğusal dəyişikliklər və düşüncə pozuntuları çox görünür. Bəzən də diqqət və hafizə pozuntularıyla bərabər hallusinasiyalar da ortaya çıxar.
Depressiyanın bioloji və psixoloji səbəbləri var.
 Bioloji səbəblər:
Beyində seratin adlı 1 maddənin (yəni xoşbəxtlik hormonu) azalmasından depressiya ortaya çıxar.
 
Depressiyanın psixoloji səbəbləri:
İnsanı sarsıdan hadisələr, məsələn, sevdiyi birini itirdikdə, müflis olduqda, həyat yoldaşı tərəfindən tərk edildikdə, imtahan nəticələri gözlədiyi kimi olmadıqda və ya imtahandan keçmədikdə depressiyaya girmə daha çox müşahidə olunur. Bəzən də zaman-zaman kiçik bir streslə qarşılaşmağın özü də depressiyaya yol açır.
Depressiya düşünüldüyü kimi, zəif insanların xəstəliyi deyildir. Tam tərsinə, daha çox məsuliyyət duyğusu daşıyan, ailə və dost əhatəsində hər kəsin köməyinə qaçmağa çalışan, hər yükün altına girən insanlar depressiyaya daha tez düşürlər. Bundan başqa, titizlik, mükəmməlliyyətçi, özlərindən və başqalarından çox şey gözləyən, heç kimi incitməyən, hər kəsin könlünü şad edən, yaxşılıq etməyi sevən, özünə güvənsizlik, utancaqlıq, özünəqapanma, narsizm, şübhəçilik, insanlara güvənsizlik, "ya hər şey, ya da heç nə" düşünən insanlarepressiyaya düşə bilər.
Depressiyaya düşən insanlarda özünəinam hissi itir, psixoloji komplekslər yaranır, əhval- ruhiyyənin enməsi müşahidə olunur. Həyatda heç nəyi bacara bilməmək duyğusu yaranır. Neqativ hisslərin yaranması kimi fikirlər formalaşır. Zamanında depressiyanın qarşısını almadıqda insanda yəni özünə qəsd etmə, intihar etmə fikirləri yarana bilər.

Mənbə: Milli.Az

17 oktyabr 2015
GO BACK