Demək olar ki, əksər iş yerlərinin özünəməxsus qayda-qanunları var, amma bu heç də o demək deyil ki, bütün işçilər bu qaydalarla tam razıdırlar.Amerikada "İş yerinizdə heç cür razılaşmadığınız qayda hansıdır?" sualı ətrafında keçirilən sorğu aşağıdakı nəticələri üzə çıxarıb. 17 min 456 nəfərin iştirak etdiyi bu sorğu nəticələrinə əsasən, işçilərin lazımsız hesab etdiyi qaydalar aşağıdakı kimi qruplaşdırılıb.
Şabalıdı rəngi geyinmək qadağandır
Bu qadağanın səbəbi kimi isə rəngin iş mühitində xoşagəlməz ab-hava yaratması göstərilib.
Başqasından dərman istəmək
Səbəb: Hər kəs öz qayğısına qalmağı bacarmalı, problemləri ilə digər insanları narahat etməməlidir.
İş maşının kondisionerindən istifadə etmək
Səbəb: işləyənlər lazım olduğu halda şirkət avtomobilindən istifadə edə bilərlər. Lakin bu heç də o demək deyil ki, onlar bu maşından bütün məqsədləri üçün faydalanmalıdırlar.
Daim eyni insanlarla nahar etmək
Səbəb: İş mühitində çalışanların bir-biri ilə əlaqəsinin möhkəmləndirilməsi üçün onlar daim fərqli kolleqaları ilə nahar etməlidirlər.
Çaya ikidən çox qənd atmaq
Səbəb: şirkət hesabından istifadə etdiyiniz halda bu kimi bədxərcliklərə yol vermək olmaz.
Enerji içkiləri içmək
Bəzi iş yerində spirtli içkilər, siqaret kimi enerji içkiləri içmək də qadağandır.
Mənbə: Milli.Az