Xınalıq qara bürünüb
Qubanın Xınalıq kəndinə qar yağıb. ANS PRESS-in Quba ərazi Hidrometeorologiya müəssisəsindən aldığı xəbərə görə, qarın hündürlüyü Xınalıqda 3 sm, Qubanın digər dağ kəndi olan Qrızda isə 1 sm olub. Havanın qarlı olması temperatura da ciddi təsir edib. Bu səhər Xınalıqda 2 dərəcə şaxta qeydə alınıb. Yağıntılı hava oktyabrın 18-i günün 2-ci yarısınadək davam edəcək.
Mənbə: ANS PRESS
17 oktyabr 2015
GO BACK