Milli.Az Shina Post-a istinadən bildirir ki, hadisənin videogörüntülərinə sosial şəbəkələrdə artıq 123 milyon insan baxıb.
Onların əksəriyyəti buludların arasında görünən, göydələnlərdən ibarət şəhəri "Tanrının yeni möcüzəsi" adlandırırlar.
Bəzi ekspertlər isə Çin ordusunun indiyədək ifrat dərəcədə məxfi saxlamağa çalışdığı "mavi şüa eksperimentləri"ni davam etdirdiyini vurğulayırlar."Mavi şüa" adlanan lazer şüaları toplusu səmada vizual illüziyalar yaratmağa imkan verir və bu illüziyalar gerçəyə çox bənzəyir. Həmin illüziyaların holqoram formatında olduğu da iddia edilir.Alimlərsə hesab edirlər ki, Szyansi və Foşan vilayətlərinin səmasındakı bu olay "fata morqana"dır. "Fata morqana" ilğımın bir növü olaraq atmosferdə yaranır. Bu optik illüziyanı quruda və dənizdə görmək olar."Fata morqana" qızmar havada yaranır, atmosferin aşağı və orta qatlarında temperatur qradienti artır, illüziya formalaşır.
Mənbə: Milli.Az