Qadin.NET / Məktəblərdə yaranan yeni bir təhlükə

Məktəblərdə yaranan yeni bir təhlükə

 

Məktəblərdə yaranan yeni bir təhlükə

Məktəblərdə istifadə olunan smart lövhələr sağlamlığa ziyandırmı?
ANS TV-nin məlumatına görə, Bakıda bir sıra orta məktəblərdə tədrisin daha yaxşı mənimsənilməsi üçün şagirdlər smart lövhələrdən istifadə edirlər. Bu yenilik informasiyanın eşidilmə və göstərilməsi baxımından hazırlanmış ağ lövhələrdir. Elə smart lövhələrin necə işləndiyinə yaxından şahid olmaq üçün üz tutduq Zərifə Əliyeva adına Dövlət Liseyinə. Daxil olduğumuz bir neçə sinifdə dərsi smart lövhələrin vasitəsiylə keçirdirlər. Məktəbin tarix müəllimi Rüfət Rzayevin sözlərinə görə bu lövhələrdə şagirdlərə dərs keçmək həm rahatlıq, həmdə şagirdin daha yaxşı mənimsəməsi baxımından əlverişlidir.
“Biz bu lövhələr vasitəsi ilə müxtəlif məktəblərlə əlaqə yarada bilirik. Müxtəlif elektron kitabxanalara daxil olmaq mümkündür. Bu lövhələr bizim işimizi çox rahatlaşdırır.” 
Adi lövhələrdən fərqli olaraq bu lövhələr müəllimin dərsə hazırlaşmaq üçün sərf etdiyi vaxta qənaət etməyə və müxtəlif səbəblərdən dərsə gələ bilməyən şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün mövzunun qısa müddətdə yenidən izah edilməsinə şərait yaradır. Şagirdlərin sözlərinə görə isə bu ağıllı lövhələrin istifadəsi dərsi daha maraqlı edir.
Ağıllı lövhələrin bir çox üstünlükləri olsa da valideynləri bir sual narahat edir. Şagirdlərin davamlı olaraq bu smart lövhələrdən istifadəsi onların gözünə mənfi təsir edirmi? Bu məsələni aydınlaşdırmaq üçün sualı göz həkimi Nuridə Məmmədəliyevaya ünvanladıqda bildirdi ki, istifadə zamanı müəyyən qaydalara riayət etmədikdə gözə ziyan dəyə bilər:
“Bu lövhələr partalardan müəyyən olunmuş məsafədə yerləşdirilsə onda şagirdlərin gözü üçün heç bir təhlükə yoxdur.” 
Görünən odur ki, hər şeydə olduğu kimi bu lövhələrin istifadəsində də xüsusi qaydalar var. Bunun üçün ağıllı lövhələrdən ağıllı şəkildə istifadə etmək lazımdır ki sağlamlıqla bağlı heç bir problem yaranmasın. 

 

Mənbə: ANS PRESS

17 oktyabr 2015
GO BACK