ANS PRESS-in məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko MDB-i Dağlıq Qarabağ da daxil olmaqla, postsovet məkanının ciddi problemlərinin həllinə başlamağa çağırıb. Bu barədə prezident bu gün keçirilən MDB dövlət başçılarının dar çərçivəli iclasında bildirib.
"MDB-da postsovet məkanında ciddi problemlərin müzakirəsini öhdəsinə götürmək və onları stimullaşdırmaq lazımdır", - deyə Lukaşenko vurğulayıb. Ölkə başçısı həm də əməkdaşların məhvə getməsinə yol verilməyəcəyini nəzərə çatdırıb.
Ölkə prezidentinin sözlərinə görə, dövlət başçılarının şura iclasının gündəliyi bəyanatlardan və arzulardan ibarətdir.
"Düşünürəm ki, bu gün Qazaxıstanı, Rusiyanı və ya Belarusu MDB-də az fəaliyyət göstərdiklərinə görə ittiham etməyin heç bir mənası yoxdur", - deyə Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, MDB-yə daxil olan ölkələrinin başçıları çox yaxşı bilirlər ki, bu əhəmiyyətli müzakirə meydançasıdır və onu heç bir halda dağıtmaq olmaz.
"MDB-nin nüfuzu və tələbi onda əsaslı olacaq ki, o, mühüm sualları və qərarları həll edə biləcək. Bunlardan əsas həll olunasılar isə, Dağlıq Qarabağ, Dnestryanı ərazilər və Ukraynaməsələləridir", - deyə Belarus başçısı əlavə edib.
Ümumiyyətlə, bu gün Qazaxıstanda keçirilən iclasda Belarus prezidenti Aleksandr Lukaşenko ilə yanaşı, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Almazbek Atambayev ,Tacikistan prezidenti Emomali Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Andrey Qalbur, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Yuri Lazebnik və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak ediblər.
Mənbə: ANS PRESS