Qadin.NET / Qənirə Paşayeva seçicilərlə görüşür

Qənirə Paşayeva seçicilərlə görüşür

 

 

Millət vəkili Qənirə Paşayeva Düz Cırdaxan kəndində seçicilərlə görüşüb. Lent.Az-ın məlumatına görə, görüşdə millət vəkili Qənirə Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanun, əlavə və dəyişikliklərdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.

Görüşdə Q. Paşayeva kəndin uzun illər ərzində ən ciddi problemi olan içməli su məsələsinin kəndə yeni çəkilən su xətti ilə öz həllini tapması, yol probleminin həllində məsələlərin öz həllini tapmağa başlamasını və işlərin davam etdiyini deyib.

 Tovuz rayonunda görülən işlər barədə danışan Millət vəkili Düz Cırdaxan seçicilərinin ona yeni məktəb tikintisinin yaxın zamanlarda reallaşması istiqamətində müraciətini Təhsil Naziri Mikayıl Cabbarovla müzakirə apardığını və Hökumətə müraciət etdiyini deyib. Millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb,geniş müzakirə aparıb və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb.

Q. Paşayeva onları  layiq olduqları səviyyədə təmsil etməyə, gücünün çatdığı qədər xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda layiqli səsləri olmağa çalışacağını deyib. 

Mənbə: Lent.Az

16 oktyabr 2015
GO BACK