ANS PRESS-in məlumatına görə, dünyanı gözləyən zəlzələ haqqında London universitetinin nüvə üzrə mühəndis Mexran Keş xəbərdarlıq edib.
Alimin sözlərinə görə, ən güclü yeraltı təkan Şimali və Cənubi Amerika arasında yaranacaq. Amerika və Asiya sahillərini sunaminin nəhəng dalğaları vuracaq. Bu fəlakətin qurbanları 40 milyon insan ola bilər.
Keşin fikrincə, ABŞ hakimiyyəti baş verəcək bu dağıdıcı hadisənin öhdəsindən dərhal gələ bilməyəcək. Çunki hadisə anidən baş verəcək. Yaxın vaxtlarda bütün Şimali Amerikada böyük zəlzələ zamanı ediləcək işlər üzrə insanlar arasında təlimlərə start veriləcək.ABŞ hakimiyyəti 99 faiz ehtimalla yaxın 30 ildə Kaliforniyada 6,5 və ya yuxarı maqnitudalı zəlzələ olacağını güman edir. Çətin ki, Keşin zəlzələ proqnozu qarşıdakı təlimlərlə bağlıdır. Bundan başqa, bu proqnozların ciddi əsaslandırması yoxdur. Alim yalnız o haqda danışır ki, son vaxtlar ABŞ-ın qərb sahilində yeraltı təkanların sayı artıb. Amma onun sözlərinə görə, zəlzələnin ən zəif olduğu yerlər Cənubi Amerikadır."Meksika və Meksika körfəzi məhv olacaq. Böyük itkilər Çində və Yaponiyada, həmçinin Karibdə olacaq", - deyə ekspert bildirib. Alim kosmik nəqliyyatın yaradılması üsullarını axtaran həmçinin kosmosda elektroenergetikanın və yeyinti sənayesinin obyektləri ilə məşğul olan "Fond Keş" təşkilatına rəhbərlik edir.
Mənbə: ANS PRESS