Sərgi "Nəriman Nərimanov" metro stansiyasında təşkil edilib. Burada dünyanın ən məşhur rəssamlarının şəkilləri təqdim olunub.
"Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, bu Azərbaycanda təşkil olunan ilk belə sərgidir: "Bu gün bütovlükdə 85 əsər nümayiş etdirilib. Bunlardan 15 şəkil rəssamların portretləri, 70 şəkil rəssamların əl işlərindən ibarətdir. Hər şəkilin küncündə isə əsər haqqında qısaca informasiya verilib. Tədbiri keçirməyin əsas məqsədi istər Bakı sakinləri, istərsə də, paytaxtın qonaqlarını maarifləndirməkdir", - deyə Nəsimi Paşayev bilidirib.
Mənbə: ANS PRESS