ANS PRESS-in məlumatına görə, aktyorlar Kənan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydının da aralarında olduğu 53 nəfərin məhkəmə prosesi yekunlaşıb. Kənan İmirzalıoğlu, Mehmet Erdem, Hakan Yılmaz, Sarp Apak, Şahin Irmak, Murat Yıldırım kimi tanınmış aktyorlar “Narkotik maddələrdən istifadə etmə” maddəsi ilə Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə 10 ay həbs cəzasına məhkum olunublar.
Hakim onları qanunla qadağan olunmuş məqsədlər üçün təşkilat qurmaq, onu idarə etmək və üzv olmaqda günahlandırılıb. Lakin cəzanın müddəti az olduğu üçün hakim aktyorlara bəraət qazandıraraq şübhəlilərə 5 il şərti cəza verilməsi haqqında qərar çıxarıb.
Mənbə: ANS PRESS