Qadin.NET / Dağda ruhlarla danışdılar

Dağda ruhlarla danışdılar

Dağda ruhlarla danışdılar
Venesualanın paytaxtı Karakasdan qərbdəki Sorte dağında yerli sakinlər ənənəvi "Beyl de la Kandela" mərasiminə qatılıblar.

Milli.Az Metro-ya istinadən bildirir ki, venesuelalılar bu mərasim zamanı axirət dünyasındakı ailə üzvləri, qohumları və ya tanışları ilə əlaqə saxlamağa çalışırlar.Mərasimə qatılanlar dağ çaylarında çimir, tonqal ətrafında rəqs edir, alovun üzərindən atılır, trans vəziyyətinə düşür, hətta mazoxistcəsinə özlərinə əzab verirlər.Mərasim gecə yarısı "Kandela" rəqsi ilə başlanır.

Mənbə: Milli.Az

15 oktyabr 2015
GO BACK