Arda Turan Türkiyəni faciədən necə xilas etdi?
"Avro-2016"nın seçmə mərhələsində İslandiyaya qalib gələn Türkiyə millisinin futbolçusu Arda Turan etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, 28 yaşlı oyunçu Səlçuk İnanın vurduğu qoldan sonra komandasını futbol faciəsindən xilas edib.Komandanın bütün üzvləri cərimə zərbəsindən fərqlənən Səlçukun qolundan sonra meydanın özlərinə aid hissəsinə keçib və hamılıqla qolu bayram ediblər.Qaydalara görə, bu zaman, yəni rəqib komanda bütün futbolçuları ilə meydanın özlərinə aid hissədə olduqda, digər komanda oyuna mərkəzdən başlayaraq qol vura bilər.Böyük bir təhlükənin fərqinə varan Olcay Şahan komanda yoldaşlarına xəbərdarlıq etsə də, onu heç kəs eşitməyib. Lakin bu anda komanda yoldaşlarının yanından ayrılan Arda Turan tez meydanın rəqibə aid hissəsinə gedərək hakimin oyunu başlatmasına mane olub. Bununla da Arda Türkiyə yığmasını böyük təhlükədən xilas edib.Qeyd edək ki, bu görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması birbaşa olaraq "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanıb.
Mənbə: Milli.Az
15 oktyabr 2015
GO BACK