Qadin.NET / Azərbaycan kimyasının cəngavəri

Azərbaycan kimyasının cəngavəri

 

Azərbaycan kimyasının cəngavəri

Oktyabrın 15-də Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Şamxal Məmmədovun anadan olmasının 105 illiyi tamam olur. 
ANS PRESS-in məlumatına görə, kimya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlılardan biri olan Şamxal Məmmədov Azərbaycan elmində dərin iz buraxıb. O, 400-dən artıq elmi işin, 70-dən artıq ixtiranın müəllifi olmaqla yanaşı, 55 illik elmi fəaliyyəti nəticəsində yüzlərlə yüksək ixtisaslı kimyaçının yetişdirilməsinə dəstək verib. Onun yetirməsi olan alimlər yalnız Azərbaycanda deyil, Rusiyada və Orta Asiya respublikalarında kimya elminin inkişafına böyük töhfələr veriblər.
Şamxal Məmmədov 74 illik ömründə qazandığı bütün uğurlara dərin zəka və əhatəli savadı ilə yanaşı böyük iradəsi və əzmi sayəsində nail olub. 1910-cu il oktyabr ayının 15-də Azərbaycanın Fizuli (keçmiş Qaryagin) şəhərində yoxsul ailədə dünyaya gəmiş kimyaçı 1929-cu ildə doğma şəhərində orta təhsilini başa vurub. Həmin il Bakıya gələrək Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (APİ), yəni indiki Tusi adına ADPU-nun təbiət-riyaziyyat fakültəsinin kimya-biologiya şöbəsinə daxil olub, 1932-ci ildə oranı uğurla bitirib. 1932-35-ci illərdə APİ-də aspiranturada oxumuş Şamxal Məmmədov 1936-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü Konstantin Adamoviç Krasuskinin rəhbərliyi altında “Alfa qlikollar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 

 

Mənbə: ANS PRESS

15 oktyabr 2015
GO BACK