Qadin.NET / Alimlərə şad xəbər

Alimlərə şad xəbər

 

Alimlərə şad xəbər

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəylideyib.

 

Vitse-prezidentin sözlərinə görə, alimlər üçün Azərbaycanın bir neçə yerində - Pirqulu, Xızı və Mərdəkanda istirahət və yaradıcılıq evlərinin yaradılması nəzərdə tutulur.İ.Həbibbəyli bildirib ki, artıq AMEA-nın Mərdəkandakı "Pioner" düşərgəsi adlanan binası əsaslı şəkildə yenidən qurulmaqla orada "Yaradıcılıq Evi"i yaradılır.Artıq "Yaradıçılıq Evi"nin tikintisinin başa çatmaq üzrə olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, 2015-ci ilin sonuna qədər orada işlər müəyyən qədər tamamlanacaq. 2016-ci ilin yazında isə həmin ev istifadəyə veriləcək: "2016-cı ilin yazından AMEA-nın alimləri Mərdəkanda - dəniz kənarındakı "Yaradıcılıq Evi"ndə özlərinin elmi fəaliyyətlərini davam etdirə və istirahət edə biləcəklər. Orada onların istirahəti üçün şərait yaradılıb. Bu bina həm də internetlə təmin ediləcək. Alimlərin binada müxtəlif informasiya texnologiyaları vasitəsilə yaradıcılıq fəaliyyətlərini davam etdirmələri üçün hər cür imkanı olacaq".

Mənbə: Milli.Az

14 oktyabr 2015
GO BACK