Qadin.NET / Bakıda əhali dollar axtarışında

Bakıda əhali dollar axtarışında

Bakıda əhali dollar axtarışında
Azərbaycanda "üzən məzənnə"yə keçidlə bağlı xəbər açıqlandıqdan sonra artıq dolların qiyməti bahalaşmağa başlayıb. Manatın dollar qarşısında yenidən ucuzlaşacağından ehtiyat edən vətəndaşlar isə dollar almağa başlayıblar. Bununla da Azərbaycanda dollara olan təlabat xeyli artıb.
Bunu ANS PRESS-ə valyuta mübadiləsi şöbələrinin satıcıları deyiblər. Mərkəzi Bank bu gün üçün dolların rəsmi məzənnəsini 1.0473-ə AZN müəyyən etsə də, mübadilə məntəqələrində dollar 1.051 AZN-ə satılır.
Valyutadəyişmə fəaliyyəti ilə məşğul olan Bəhruz Hüseynov dolların məzənnəsində ciddi artımın olmadığını, amma vətəndaşların bu xarici valyutaya marağının artdığını deyir. Onun sözlərinə görə, dolların yenidən bahalaşacağı ilə bağlı fikirlər dollar satışını artırıb. Onun sözlərinə görə qarşıdakı günlərdə də müştərilərin sayının artacağı gözlənilir.

Mənbə: ANS PRESS

14 oktyabr 2015
GO BACK