Qadin.NET / Azərbaycan əsgərləri Əfqanıstanda

Azərbaycan əsgərləri Əfqanıstanda

Azərbaycan əsgərləri Əfqanıstanda
Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb.ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbər verir. 
Onların sözlərinə əsasən, NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 nəfərdən ibarət qrupu plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-si tarixdən başlayıb.

Mənbə: ANS PRESS

14 oktyabr 2015
GO BACK