Qadin.NET / Hökumətə 6 gün vaxt verildi

Hökumətə 6 gün vaxt verildi

Hökumətə 6 gün vaxt verildi
Milli Məclis hökumətə büdcəyə edilən təklifləri nəzərdən keçirərək 2016-cı yekun büdcə zərfini hazırlamaq üçün 6 gün vaxt verib.Trend-in məlumatına görə, deputat Siyavuş Novruzov həmkarlarına üz tutaraq təşviqat kampaniyası dövrü olduğu üçün müzakirələrin dayandırılmasını və hökumətə on gün vaxt verilərək ayın 20-də bütövlükdə büdcə zərfinə səs verilməsini təklif edib.Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib:"Bir çoxumuz seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Ayın 20-də büdcə layihəsinə səs verək".

Mənbə: Milli.Az

 

14 oktyabr 2015
GO BACK