Qadin.NET / Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 16-19 dərəcə isti olacağı gözlənilir.Oktyabrın 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.Qeyd edək ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək.

Mənbə: Milli.Az

 

14 oktyabr 2015
GO BACK