Qadin.NET / Facebook-un bu gün "axsaması"nın səbəbi bilindi

Facebook-un bu gün "axsaması"nın səbəbi bilindi

Facebook-un bu gün "axsaması"nın səbəbi bilindi
Dünyanın ən populyar sosial şəbəkəsi Facebook-da bu gün səhər saatlarından etibarən problemlər müşahidə olunur.

Səbəb bəlli olub.Milli.Az The Verge-ə istinadən bildirir ki, Facebook-un fəaliyyətindəki problemlər YouTube ilə rəqabəti daha da gücləndirmək üçün yeni videofunksiyaların sınaqdan keçirilməsidir.Onların arasında Facebook-un iOs əməliyyat sistemi üçün nəzərdə tutulmuş proqram əlavəsində əlahiddə xəbər lentinin işə salınmasıdır.Bu səhifə funksionallıq baxımından YouTube-a bənzəyəcək. Orada istifadəçinin Facebook-dakı dostlarının paylaşdıqları, habelə istifadəçinin abunə olduğu akkauntlarda yerləşdirilən videolar yer alacaq.Videolentli əlavə Facebook Messenger-in yerində, iOS ekranının aşağısında olacaq.Facebook oxşar videoların desktop versiyasını da test edir.Həmin funksiya Android-li mobil telefonlarda bir neçə ay sonra peyda olacaq.Daha bir yenilik çoxfunksiyalılıqdır. Xüsusi düyməni basandan sonra video kiçik boksadək kiçilir və sosial şəbəkədə xəbərlər lentinə baxmağa davam edərək onu səhifənin küncünə hərəkət etdirmək olar.YouTube-un mobil versiyasında analoji funksiya var.

Mənbə: Milli.Az

 

14 oktyabr 2015
GO BACK