Qadin.NET / ABŞ-dan Rusiyaya müharibə siqnalı

ABŞ-dan Rusiyaya müharibə siqnalı

ABŞ-dan Rusiyaya müharibə siqnalı
Rusiya hərbi aviasiyasının Suriyada apardığı əməliyyatların davam etdiyi bir vaxtda rəsmiVaşinqton hərbi gəmilərindən birini Yunan Kiprinə yollayıb. ANS PRESS-in məlumatına görə, ABŞ hərbi dəniz donanmasına aid “The Arleigh Burke” qrupundan olan “USS Donald Cook” adlı esmines artıq Kipr respublikasının Larnaka limanına yanaşıb. ABŞ rəsmiləri bu səfərin əvvəldən planlaşdırıldığını iddia etsələr də yerli politoloqlar diqqəti, səfərin Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonraya təsadüf etməsinə cəlb ediblər. 
ABŞ donanmasının Avropa-Afrika 6-cı qrupuna aid “USS Donald Cook” gəmisinin NATO ilə müttəfiqləri arasındakı əməkdaşlığın intensivləşdirilməsi üçün adaya yollandığı bildirilir.

Mənbə: ANS PRESS

14 oktyabr 2015
GO BACK