ANS PRESS-in məlumatına görə, FARS agentliyi yazır ki, İ.Cahangiri Ermənistana çox mühüm vaxtda səfər edir və bu, diqqətəlayiqdir. Çünki İran parlamenti "Altılıq" ilə nüvə razılaşmasını təsdiq etdi, Tehrana qərb liderlərinin ayağı açılır və hamı səbirsizliklə İranın aktiv beynəlxalq siyasətə və coğrafi-iqtisadi məkana qayıdışı anını gözləyir.İran parlamenti oktyabrın 13-də ölkənin dünyanın altı qüdrətli dövləti ilə əldə ediyi nüvə razılaşmasını təsdiq edib. Dövlətə məxsus İRNA xəbər agentliyinin verdiyi məlumata görə, deputatlardan 161 lehinə, 59 lehinə səs verib, 13 parlament üzvü isə bitərəf qalıb. ABŞ Konqresi razılaşmanın nəzərdən keçirilməsi prosesini keçən ay başa çatdırıb və beləliklə, demokratlar respublikaçıların razılaşmanın əleyhinə səs vermək səylərinin qarşısını almağa nail olublar.
İran ilə ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan ibarət qrup arasında razılaşma bir neçə dəfə müddəti uzadılan müzakirələrdən sonra bu ilin iyulunda imzalanıb. Razılığa əsasən, İran ölkə iqtisadiyyatını ciddi şəkildə zəiflətmiş sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmalıdır. İran və Qərb arasında müzakirələr Tehranın nüvə silahları istehsal etmək üçün nüvə proqramını inkişaf etdirilməsi ilə bağlı iddialar əsasında aparılırdı. İran bu iddiaları rədd edərək, nüvə proqramının dinc xarakter daşıdığını bildirirdi.
Mənbə: ANS PRESS