Qadin.NET / Facebook-da mükafatlar açıqlandı

Facebook-da mükafatlar açıqlandı

 

Facebook-da mükafatlar açıqlandı

Facebook şirkətinin Britaniya bölməsi 4,3 min funt-sterlinq məbləğində gəlir vergisi ödədiyi halda bu müddət ərzində əməkdaşlara 210 milyon funt-sterlinq əməkhaqqı və mükafat ödəyib. Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə Böyük Britaniyada şirkət 28,5 milyon funt-sterlinq məbləğində itki ilə üzləşməsini bəyan edib. Lakin bununla yanaşı, əməkdaşlara bonus kimi 35 milyon funt-sterlinq ödənilib. İl ərzində 362 əməkdaşın mükafat alması bildirilir.Bu göstəricilər bir daha belə iri şirkətlərin fəaliyyət göstərdikləri ölkələrdə uyğun vergi ödəməsi üzrə nəzarət sisteminin hazırlanmasının vacibliyini bir daha gündəliyə gətirir.Facebook nümayəndələri fəaliyyətlərində Britaniyanın vergi qanunvericiliyini əsas götürdüklərini bildirərək bütün şirkət əməkdaşlarının mükafatlarından vergi gəliri ödəməsini qeyd ediblər.

Mənbə: Milli.Az

14 oktyabr 2015
GO BACK