Qadin.NET / Azərbaycanda din xadimləri cəzalandırılacaq

Azərbaycanda din xadimləri cəzalandırılacaq

Azərbaycanda din xadimləri cəzalandırılacaq
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tərkibində Etika komissiyasını yaradılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Şeyxülislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ Qazılar Şurasının iclasında məlumat verib. O, bildirib ki, QMİ-nin din xadimlərinin fəaliyyətində dini-etik məqamların gözlənilməməsi aşkarlanarsa, bununla bağlı komissiyanın rəyi olacaq. Bu rəy işəgötürmə məsələsində də vacib şərt kimi nəzərdən keçiriləcək. Komissiyanın əsasnaməsi və komissiyanın tərkibi səsə qoyularaq qəbul olundu.
Məsələyə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova şərh edərək yaradılan Etika komissiyası tərəfindən din xadimlərinin mənsəblərarası münasibətlərinə gərginlik gətirdiyi zaman, moizələrində etdikləri səhvlər zamanı qeydə alınacağını vurğuladı:
"O şəxslər ki, bu komissiyaya daxil olacaqlar, onlar bu məsələlərə nəzarət edib, məruzə edəcəklər və onların məruzələri əsasında da, səhvə yol verən dindarların cəzalandırılması həyata keçiriləcək. Cəza isə müxtəlif ola bilər. Onlar ya işdən çıxarılacaq (dini ayinlərdən, xütbələrdən uzaqlaşdırılacaqlar), ya töhmət, ya da tənbeh olunacaqlar. Hər-halda, məqsəd ondan ibarətdir ki, xütbələrdə və moizələrdə mənsəblərarası fərqlərə yol verilməsin", - deyə Rəhimə Dadaşova əlavə etdi.

Mənbə: ANS PRESS

13 oktyabr 2015
GO BACK