Qadin.NET / Manatın məzənnəsində ciddi dəyişiklik

Manatın məzənnəsində ciddi dəyişiklik

Manatın məzənnəsində ciddi dəyişiklik
“Çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır. Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir.”
ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir.”
Baş bankir yüksək dollarlaşma səbəbindən Mərkəzi Bankının valyuta ehtiyatlarının azaldığını bildirib.

Mənbə: ANS PRESS

13 oktyabr 2015
GO BACK