Qadin.NET / Yay Olimpiya oyunlarına lisenziyalarımız 21-ə çatdı

Yay Olimpiya oyunlarına lisenziyalarımız 21-ə çatdı

Yay Olimpiya oyunlarına lisenziyalarımız 21-ə çatdı
52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Elvin Məmişzadə finala yüksəldi.
ANS PRESS-in məlumatına görə Qətərin paytaxtı Dohada boks üzrə Dünya çempionatı davam edir.
52 kq çəki dərəcəsində yumruq oynadan rinq ustamız Elvin Məmişzadə 1/2 final mərhələsində rinqə çıxıb. Təmsilçimizin rəqibi əlcəzairli Muhammed Flissi olub. Təmsilçimiz rəqibini texniki nakautla məğlub edərək mundialın finalına yüksəlib. Bu uğurun sayəsində Elvin Məmişzadə Rio Olimpiyadasına vəsiqə qazanıb. Dünya çempionu titulu uğrunda boksçumuz kubalı Yosbani Veytaya ilə döyüşəcək.
Ötən gün isə 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abullayev bürünc medal qazanıb. Rinq ustamız 1/2 finalda kubalı Erisladi Savonla yumruq oynadıb. Gərgin mübarizə şəraitində keçən döyüşün sonunda Erisladi Savon qalib gəlib.

Mənbə: ANS PRESS

13 oktyabr 2015
GO BACK