Qadin.NET / Qarabağın həlli üçün yeni yol

Qarabağın həlli üçün yeni yol

 

Qarabağın həlli üçün yeni yol

Qərblə Rusiya Azərbaycan-Ermənistan münaqişəsini birlikdə həll edəcək.
ANS PRESS-in məlumatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vəATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlıq edəcək.
ATƏT-in baş katibi Lamberto Zanyer KTMT-nin Moskvadakı toplantısında təşkilatın baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ problemini müzakirə edib. "Biz regionda və Azərbaycan-Ermənistan sərhədində zorakılığın artmasına görə narahatıq. Bu məsələdə siyasi rəhbərliklə birgə işləmək vacibdir", - deyə Zanyer bildirib.
O, payızda daha bir görüşün keçirilə biləcəyini deyib, Azərbaycanla Ermənistan başçılarının görüşəcəyinə ümid etdiyini bildirib.

 

Mənbə: ANS PRESS

13 oktyabr 2015
GO BACK