Yay aylarında dünyaya gələn uşaqlar daha ağır çəkiyə, uca boya və sağlam səhhətə sahib olurlar.
Milli.Az Musavat .com-a istinadən bildirir ki, belə bir qənaətə britaniyalı alimlər 450 min insanın sağlamlığı haqda məlumatları analiz etdikdən sonra gəliblər. Araşdırma haqda "Huliyon" jurnalı yazıb. Lakin alimlər hələlik deyə bilmirlər ki, qış və yay aylarının uşaqların sağlamlığına təsirinin arxasında konkret hansı mexanizmlər durur.Böyük ehtimalla, əsas faktor yay ayında ananın hamiləliyin son həftələrində aldığı Günəş şüalarıdır, çünki orqanizmdə D vitaminin miqdarı məhz bundan asılıdır.Bundan öncə aparılan analoji araşdırmada ən sağlam adamların mayda doğulduğu bildirilirdi.
Mənbə: Milli.Az