ANS PRESS-in məlumatına görə, oktyabrın 11-də keçirilən prezident seçkilərində 83,49% səslə Lukaşenko qalib gəlib. Səsvermə məntəqələri ötən gün yerli vaxtla saat 8:00-dan 20:00-dək fəaliyyət göstərib.
Belarus Respublikası mərkəzi seçki komissiyasının məlumatına görə, yaradılan 6 min 129 seçki məntəqəsindən, 29-u ölkə hüdudlarından kənarda yaşayan belarus vətəndaşları üçün qurulub.
Mənbə: ANS PRESS