Qadin.NET / Ölkələr həyəcan təbili çalır

Ölkələr həyəcan təbili çalır

 

Ölkələr həyəcan təbili çalır

Ötən həftə ilə müqayisədə "qara qızıl" yeni həftəyə ucuzlaşma ilə başlayıb.
ANS PRESS-in məlumatına görə, oktyabrın 12-də Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 53,03 dollara qədər düşüb.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə ucuzlaşaraq 49,99 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan "AzeriLight" markalı neftinin də ucuzlaşmasına baxmayaraq, digər markalarla müqayisədə üstünlüyünü qoruyub saxlayıb. Belə ki, London birjasında "AzeriLight" markalı neftin bir barrelinin qiyməti 54,65 dollardır.

 

Mənbə: ANS PRESS

12 oktyabr 2015
GO BACK