Qadin.NET / Ankara qətliamını bu dövlət həyata keçirib

Ankara qətliamını bu dövlət həyata keçirib

 

Ankara qətliamını bu dövlət həyata keçirib

Türkiyə kəşfiyyatının ilkin açıqlamalarına görə Ankarada baş vermiş partlayışı Suriya kəşfiyyatı (Muxabərat) planlaşdırıb. 

 

Avropa.info xəbər verir ki, açıqlamalarda həmçinin Suriya kəşfiyyatının hazırladığı partlayışda canlı qüvvə olaraq PKK terror təşkilatının üzvlərinin istifadə olunduğu bildirilir. 
Ankarada baş vermiş qanlı terror hadisəsi ilə bağlı araşdırma aparmaq məqsədilə Ankara baş polis idarəsinin tərkibində xüsusi əməliyyat qrupu yaradılıb. 
Əməliyyat qrupu hər iki partlayışın baş verdiyi nöqtədən toplanan dəlillər üzərində araşdırma apararaq araşdırmanın nəticələrini müzakirə edib. 
Terror təşkilatlarının və xarici ölkələrin kəşfiyyat orqanlarının son bir ayda nəzərə çarpan aktivliyi xüsusi araşdırılıb. 
Əldə olunan ilkin nəticə isə terror aktının arxasında Əsəd rejiminin kəşfiyyat orqanı olan Muxabəratın olduğudur. Aparılan araşdırma zamanı həmçinin son dövrlərdə xüsusilə PKK-nın Suriya qolu olan PYD ilə yaxınlaşan Muhabəratın hücum üçün PKK-nın fədailərindən istifadə etdiyi məlum olub. 
Xatırladaq ki, bu Suriya kəşfiyyatının Türkiyədə törətdiyi ilk terror aktı deyil. Muxabərat bundan əvvəl də Hatay vilayətinin Reyhanlı rayonunda da buna bənzər terror aktı təşkil etmişdi. 
Mənbə: Bizim.Yol
12 oktyabr 2015
GO BACK