Qadin.NET / Moskvada Quran oxuma yarışı keçirilib

Moskvada Quran oxuma yarışı keçirilib

 

Moskvada Quran oxuma yarışı keçirilib

Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq Quran oxuma yarışması dünyanın dörd bir yanından Quran hafizlərini bir yerə cəmləyib. 
ANS PRESS-in xəbərinə görə, yarışma iştirakçıları sadəcə Quranı əzbər oxuma bacarıqlarını deyil, eləcə də gözəl oxuma qabiliyyətlərini də nümayiş etdiriblər. Rusiya Xarici İşlər Naziriliyi və Müftilər Şurasının təşkilatçılığı ilə bu il sayca 16-cı dəfə keçirilən beynəlxalq Quran oxuma yarışmasında 44 ölkədən 100-ə yaxın hafiz iştirak edib. Dünyanın ən yaxşı hafizi adını qazanmaq üçün yarışan müsabiqə iştirakçılarından sadəcə 6-sı beynəlxalq münsiflər heyəti tərəfindən finala seçilib.

 

Mənbə: ANS PRESS

12 oktyabr 2015
GO BACK