Qadin.NET / İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq

İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq

İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq
Azərbaycanda mövcud istilik enerjisi tarifləri “Azəristiliktəchizat” a nəinki mənfəətlə işləməyə, heç xərclərinə belə ödəməyə imkan vermir.
ANS PRESS – in məlumatına görə, bunu Azəristiliktəchizat” ASC – nin“ Abunəçilərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev məlumat verib
Onun sözlərinə görə , qiymətlərin artımı məsələsinə Tarif Şurası tərəfindən kompleks şəkildə baxılmalıdır. 
"Bu tariflərin müəyyən olunmasında həm əhalinin sosial vəziyyəti , həm də digər enerji daşıyıcılarının da qiymətləri mütləq nəzərə alınmalıdır.Rafiq Əliyevin sözlərinə görə , hazırda istilik enerjisi tarifləri 1 kvadrat metr yaşayış sahəsi üçün 15 qəpikdən hesablansa da bu çox aşağı rəqəmdir. Ona görə də qiymətlərin artımı məsələsinə baxılmalıdır."-deyə şöbə müdiri əlavə etdi. 
Onun sözlərnə görə qiymətlər 2011-ci ildə Tarif Şurasının qəbul etdiyi qərara uyğun olaraq təyin edilir. Amma istilik tariflərinin qiymətinin artırılmasının dəqiq bəlli deyil. 

Mənbə: ANS PRESS

12 oktyabr 2015
GO BACK