ANS PRESS-in məlumatına görə, üç övlad - bir qız, iki oğul anası olan Sevil Əliyeva bu gün 60 illik yubileyini qeyd edir. Sevil xanım 12 oktyabr 1955-ci ildə Bakıda anadan olub. Gözəl bəstəkar və tarix elmləri namizədi olan Sevil Əliyeva uzun illərdir ailəsi ilə birlikdəLondonda yaşayır.
O, "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, eləcə də, Space TV-nin qurucusudur. Təsadüfi deyil ki, Space TV-nin ad günü hər il Sevil Əliyevanın ad günü ilə bir gündə qeyd edilir.
Siyasətlə məşğul olmağı düşünmədiyini açıqlayan Sevil xanım Vətəndən uzaqda yaşasa da, Azərbaycanla əlaqəsini heç vaxt kəsmir. O, sonuncu dəfə cari ilin sentyabrın 6-sında ailəsi ilə birlikdə Bakıya gəlib.
“Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkdirməyi xahiş edirlər”, - deyə Sevil Əliyeva bildirib.
Mənbə: ANS PRESS