Yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda təşkil olunan Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına 18 ton yararsız bal buraxılmayıb.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarmarkaya gətirilən arıçılıq məhsulları müvafiq laborator yoxlamadan keçirilib: "Laborator yoxlamalar nəticəsində məlum olub ki, 18 ton bal yararsızdır və müvafiq standartlara cavab vermir".
Bundan başqa, bildirilir ki, yararsız arıçılıq məhsullarının əksəriyyəti cənub bölgədən gətirilib.
Mənbə: Milli.Az