Beynəlxalq Qeyri-Hökumət Təşkilatı "Amnesty International" Azərbaycanla bağlı tənqidi material yayıb.
ANS PRESS-in məlumatına görə, təşkilatın saytında yerləşdirilən yazıda Azərbaycanda söz azadlığının olmamasından, insan haqlarının müdafiəsi təşkilatlarının ölkədəki fəaliyyətinin məhdudlaşdırılmasından bəhs edilib.
"Ölkədəki tənqidi fikirli səslərin susdurulmasından başqa, hökumət beynəlxalq insan haqları təşkilatlarının üzünə də qapılarını bağlayıb", - deyə yazan müəllif "Amnesty International"ın əməkdaşının Azərbaycana bu səbəbdən buraxılmadığını iddia edib.
Göründüyü kimi, hər zaman olduğu kimi bu dəfə də beynəlxalq təşkilatların diqqəti Azərbaycana lazım olnadan çox dikilib. Halbuki, ölkənin yerləşdiyi regionda insan haqlarının daha pis vəziyyətdə olduğu dövlətlər var. Məsələn, Ermənistanda hakimiyyətin fiziki zorakılığına məruz qalan insanların, ölkəyə buraxılmayan beynəlxalq müşahidəçilərin bu təşkilatların dəstəyinə daha çox ehtiyacı var.
Mənbə: ANS PRESS