Hər bir valideyin dünyaya bəxş etdiyi körpə üçün məsuliyyət daşıyır. Müasir dövrün uşaqları isə daha çox diqqət tələb edirlər. Texnikanın inkişafı azyaşlılar üçün böyük təhlükə mənbəyidir.
ANS PRESS-in məlumatına görə, azacıq gözdən yayınan balacalar hər addımda bədbəxtliklə üzləşirlər. Ya eyvandan yıxılırlar, ya əlləri ətçəkən maşının arasında qalır, ya da böyüklərə məxsus olan dərmanları içərək zəhərlənirlər. Bu hadisələr demək olar ki, hər gün sosial şəbəkələrdə xəbər olaraq yayılmaqdadır.
Mütəxəsislər hesab edir ki, belə hallar bilərəkdən baş veribsə, bu zaman valideyinin inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidov bildirir ki, uşaqların xəsarət alması çox zaman ehtiyatsızlıqdan baş verir.Ümumilikdə baş verən hadisə hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə təfərrüatları araşdırılmalıdır.Həmin hadisələr təkrar baş verərsə, bu zaman uşaqların hüquqlarının müdafiəsi komisiyaları məhkəmə qarşısında vəsadət qaldırır.
Mənbə: ANS PRESS