Qadin.NET / Azərbaycanlıların qəbirləri dağıdıldı

Azərbaycanlıların qəbirləri dağıdıldı

 

Azərbaycanlıların qəbirləri dağıdıldı

Ötən gün gecə Mahaçkalada qəbiristanlıqda vandallar təxminən 12 qəbir üstü başdaşını dağıdıb.
ANS PRESS-in məlumatına görə, şəhər administrasiyasının mətbuat xidməti qəbirlərin bərpa etmə işlərinə başlandığını bildirib.
Vandalizm aktı naməlum adamlar tərəfindən oktyabrın 6-dan 7-nə keçən gecə baş verib. Vandallar 12 qranit başdaşını dağıdıb. Dağıdılanlar arasında Böyük Vətən Müharibəsi veteranlarının qəbirüstü abidələri də var. Onların abidələri fərqləndirici ulduz nişanı ilə seçilir. Bəzi başdaşıların sahibləri hələ müəyyən edilməyib. Fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən yoxlama aparılır. Qəbiristanlıqda bərpa etmə işlərini sabaha başa çatdırmaq planlaşdırılır.

 

Mənbə: ANS PRESS

10 oktyabr 2015
GO BACK