Qadin.NET / "Rusiya müharibəni qızışdıracaq"

"Rusiya müharibəni qızışdıracaq"

 

"Rusiya müharibəni qızışdıracaq"

Rusiyanın son bir neçə gündə Suriyadakı hərəkətləri regionu və Rusiyanın özünü risk altında qoyur. Onların Suriyadakı strategiyası tamamilə səhvdir və Rusiyanın bu səhvləri yalnız Suriyada vətəndaş müharibəsini qızışdıracaq.”.
ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ müdafiə naziri Eşton Karter bildirib.
ABŞ müdafiə naziri bu haqda dünən Londonda britaniyalı həmkarı Michael Fallonla keçirdiyi mətbuat konfransında deyib. Karter NATO ölkələrini bir olmağa çağırıb: "Rusiyanın növbəti təcavüzunun qarşısını almaq və onu Ukraynanın şərqində pozucu hərəkətlər və NATO-nun Türkiyə üzərindəki hava məkanına soxulmaqdan çəkindirmək üçün biz NATO-nun şimalından cənubunadək bir olmalıyıq", - deyə Pentaqon rəhbəri bildirib.

 

Mənbə: ANS PRESS

10 oktyabr 2015
GO BACK