Gəncə şəhərindən olan idmançısı Rüfət Hüseynovun xoş sorağı Qətərdən gəlməkdədir.Kəpəz TV (Region TV) xəbər verir ki, bu ölkədə keçirilən boks üzrə kişilər arasında dünya çempionatında Hüseynov ikinci qələbəsini qazanıb. Mundialın 1/8 final mərhələsi çərçivəsində rinqə çıxan Gəncə boks məktəbinin yetirməsi 49 kq çəki dərəcəsində özbəkistanlı Hasanboy Dusmatovu məğlub edib.Gərgin mübarizə şərairtində keçən görüşün sonunda hakimlərdən biri rəqibin, ikisi isə həmyerlimizin üstünlüyünü qeydə alıb.Bu, dünya çempionatının debütantının yarışda 2-ci qələbəsi olub.Milli komandamızın üzvü növbəti mərhələdə ukraynalı Dmitri Zamotayevlə üz-üzə gələcək.Xatırladaq ki, 19 yaşlı Rüfət Hüseynov ötən il Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibidir.
Mənbə: Milli.Az