Kərim Benzema Fransa millisinin Ermənistana qarşı oyununda (4:0) dublla yadda qalıb. Bundan başqa, "Real"ın hücumçusu sona 10 dəqiqə qalmış zədələnib və əvəzlənib.Goal.az xəbər verir ki, matçdan sonra millinin çalışdırıcısı Didye Deşam hücumçunun əzələsini dartdığını təsdiqləyib. Qeyd edək ki, Deşam matçdan öncə Benzemanın 90 dəqiqə meydanda olacağını açıqlamışdı."Benzema ayağının arxa əzələsində güclü diskomfort hiss etdi. Buna görə onu dərhal əvəzlədik. İnanıram ki, ciddi bir şey yoxdur" - Deşam deyib.
Mənbə: Milli.Az