Qadin.NET / 4 qat dünya çempionları Bakıya gəldi

4 qat dünya çempionları Bakıya gəldi

4 qat dünya çempionları Bakıya gəldi
İtaliyanın Milli yığması bu gün Bakıya gəlib.4 qat Dünya çempionlarını Heydər Əliyev Beynəlxalq Hava limanında geniş azarkeş kütləsi qarşılayıb. 
ANS TV-nin məlumatına görə, Skuadra Adzurra Dünya Çempionatının əsas trofeyini də özü ilə Bakıya gətirib. Kubokla şəkil çəkdirmək istəyənlər bu arzunu reallaşdırmaq üçün ən azı 4 saat əvvəlcədədən oyunun keçiriləcəyi Olimpiya Stadionunda olmalıdır. Kubok stadionun çölündə olacaq.
UEFA prezidenti Mişel Platinin Bakıya nəzərdə tutulan səfəri isə baş tutmayacaq. Buna səbəb Platinin 90 günlük ərzində futbol fəaliyyətinə qadağa qoyulmasıdır. Fransız prezidentini UEFA-nın baş katibinin müavini Teodor Teodoridis əvəz edəcək. 
Heyətlərə gəlincə. Antonio Kontenin Bakıda Canluici Buffon, Leanordo Banuççi, Andrea Pirlo, Stefan Əl-Şəravi kimi ulduz futbolçulara şans verəcəyi gözlənilir. Çünki Bakıda qazanılan qələbə sabiq dünya çempionlarının birbaşa final mərhələsinə çıxışını təmin edəcək.
Millimizin heyətində isə bu qarşılaşma Rəşad Sadıqov üçün xüsusilə əlamətdar olacaq. Kapitan 100-cü dəfə milli forma ilə matça çıxacaq. 
Milli Olimpiya Stadionunda keçirilən ilk rəsmi matç kimi tarixə düşəcək Azərbaycan-İtaliya oyununun start fiti sabah saat 21:00-da səslənəcək. 

Mənbə: ANS PRESS

9 oktyabr 2015
GO BACK